Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü sona yaxınlaşır. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 8-ci mərhələdə iştirakçılar 154 km məsafə qət ediblər.
Velosipedçilərimizin dördü - Maksim Averin, Aleksandr Surutkoviç, Elçin Əsədov və Samir Cəbrayılov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 3 saat, 52 dəqiqə, 13 saniyə.
Ümumi sıralanmada təmsilçilərimizdən ən yaxşı nəticə Elçin Əsədova məxsusdur. O, liderdən 1 dəqiqə, 43 saniyə geri qalmaqla 12-ci yerdədir. Komanda hesabında "Synergy Baku" 5-cidir.
Sabah keçiriləcək sonuncu - 9-cu mərhələdə velosipedçilər 165.7 km məsafə qət edəcəklər.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı