Bakıda keçiriləcək I Avropa Oyunlarına 50 gün qalır. Apasport.az saytının məlumatına görə, cəmi 50 gündən sonra dünyanın diqqəti ölkəmizə yönələcək.
Təkcə Avropanın deyil, planetin digər ölkələrinin də səbirsizliklə gözlədiyi ilk qitə Oyunları start nöqtəsinə yaxınlaşır. Qarşıdakı 50 gündə Azərbaycan təşkilatı məsələlərindəki hazırlıqlarını yekunlaşdıracaq və yarışa gələcək 49 ölkə isə heyətini tam formalaşdıracaq.
6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi iyunun 12-dən 28-dək davam edəcək. Bununla, Avropa qitə oyunlarına malik Asiya, Amerika və Afrikaya çatacaq. İyunun 12-də planlaşdırılan açılış mərasimi rəmzi olaraq, saat 20:15-də başlayacaq. Bu isə o deməkdi ki, hazırda starta 50 gün 11 saat qalıb.
Qeyd edək ki, bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə 50 gün qalması münasibətilə tədbir təşkil edəcək. Tədbirdə BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi Azad Zeynalov, Bakı 2015-in uıduz elçiləri və digər qonaqlar iştirak edəcəklər.
Tədbir zamanı Azərbaycanın və bir neçə xarici ölkələrin (Fransa, İtaliya, Almaniya və Latviya) tanınmış rəssamlarından müsahibə almaq imkanı da yaradılacaq. Saat 15:00-da başlayacaq tədbir Fəvvarələr Meydanında (Nizami muzeyinin qarşısında) keçiriləcək.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq