Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 4-cü günü Azərbaycan millisinin daha bir atleti podiuma çıxıb.
Lakin 63 kq çəki dərəcəsində mübarizə aparan Elnurə Abbasova da komanda yoldaşlarından fərqlənməyib. 17 yaşlı idmançımız mükafatçılar sırasına düşə bilməyib. 2 hərəkətin cəmində 185 kq (80 kq + 105 kq) çəkini başı üzərinə qaldıran həmyerlimiz 40 iştirakçı arasında 35-ci yeri tutub. Çempion olan çinli Vey Danq isə Abbasovadan 67 kq çox qaldırıb - 252 kq (110 kq + 142 kq). Maraqlıdır ki, asiyalının birdən qaldırma nəticəsi təmsilçimizin təkanla qaldırmasından belə çox olub.
Qeyd edək ki, Abbasovadan öncə podiuma çıxan 4 atletimiz də zəif çıxış etmişdi. Komandamızın heyətində son olaraq, 94 kq çəki dərəcəsində mübarizə aparacaq Dadaş Dadaşbəyli gücünü yoxlayacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı