“Dünya hokkey federasiyasının prezidenti ilə görüşəndə də ona dedim ki, nə vaxtsa Bakıda da bu növ üzrə klub olacaq. Sözsüz ki, maddi-texniki baza olmalıdı. Əgər biz Bakıda bir hokkey klubu yaratsaq, ölkədə kimlə oynayacaq?”. Apasport.az saytının məlumatına görə, bunu Prezident Adminstrasiyasının və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı təşkil etdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Azərbaycanda qış idman növlərinin inkişafı ilə bağlı işlər görüldüyünü bildirən nazır bunun gələcəkdə bunun effekt verəcəyinə inandığını söyləyib: “Dünya çempionatında və digər yarışlarda iştirak üçün böyük investisiyalar lazımdı. Sadəcə, isti ölkədə bunu saxlamaq bir qədər çətindi. Bizdə Heydər Əliyev Arenasında əvvəl vardı. Hazırda Şahdağda və Qəbələdə belə şərait var. Azərbaycan idman ölkəsi kimi qış idman növlərinin də inkişafına çalışır. Düşünürəm ki, gələcəkdə bu barədə fikirləşəcəyik”.
Hollandiyanın İkinci Avropa Oyunlarından imtinasına da münasibət bildirən Azad Rəhimov bu barədə qısaca belə danışıb: “Hollandiyanın büdcəsi barədə məlumatım yox idi. Əvvəl həvəsli idilər. Bakıya gəlincə, kimsə deyirsə ki, milyardlar sərf olunub, bunlar hansısa təşkilatların işidi ki, bunu belə qabardırlar”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək