“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədi ilə "Nestle" Azərbaycan şirkəti ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan "Nestle" Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müslişokoladları ilə təmin edəcək.
Müqavilədə nəzərdə tutulan “Nestlé” məhsullarına KIT KAT, LION, NESTLÉ FITNESS və NESCAFÉ daxildi.
Qeyd edək ki, Nestlé Azərbaycan şirkəti, Azersun Holding, Bazarstore, McDonald’s Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Sitecore və Tickethour şirkətlərindən sonra, ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmidəstəkçi oldu.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq