“Birinci Avropa Oyunlarına 10 gün vaxt qalsa da, Bakı gələcək qonaqları qarşılamağa tam hazırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakı-2015 Avropa Oyunlarının baş icraçı-direktoru Azad Rəhimov deyib.
Avropa Oyunlarının məşəlinin Bakı marşrutunun açıqlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən Rəhimov son hazırlıqlardan danışıb: “İdman obyektləri və Atletlər Kəndində bütün işlər yekunlaşıb. Bakı-2015-in məşəli isə 1 aylıq səyahətini 5 gün sonra başa vurub, yenidən paytaxta qayıdacaq. Burada rəmzi 150 tanınmış sima daşıyacaq”.
Rəhimov daha sonra vurğulayıb ki, Ermənistan Avropa Oyunlarını canlı yayımlamaqda maraqlıdı. Amma ermənilərdə bu istək olsa da, hələlik rəsmi müqavilə yoxdu. Rəhimov əlavə edib ki, Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək.
Xalq artisti İlhamə Quliyevanın Olimpiya Oyunlarının məşəlini daşıması barədə xəbərlərə aydınlıq gətirən Rəhimov vurğulayıb ki, paytaxtda 150 məşəlçi arasında Quliyeva da yer alacaq: “Ola bilsin qaçmasın, amma 10-20 metr yerisin. Yəni, o, məşəlçilər arasında olacaq”.
Nazir məşhur idmançıların məşəli daşımamağına da münasibət bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarının rəmzini sırf idmançıların daşıması ilə bağlı əvvəldən hansısa ideya olmayıb: “Biz rayonlara müraciət etdik. Orada tanınmış insanların siyahısı tərtib olundu. Təkcə idmançılar yox, digər tanınmış şəxslərin siyahısı təqdim olunub. Azərbaycanı dünyaya tanıdan insanlar idilər. Məsələn, Əlibaba Məmmədov səhhəti ilə əlaqədar yürüşə qatıla bilmir. Biz də onu anlayışla qarşıladıq və məşhur xanəndəmizi layiqli adamla əvəz edəcəyik”.
Qeyd edək ki, tədbirin sonunda keçmiş güləşçi Fərid Mansurov məşəli bir daha nümayiş etdirib.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək