Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) B qrupunda III turun görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizin "Baku Fires" klubu Qazaxıstanın "Astana Arlans” komandası ilə qarşılaşıb və qrup liderinə məğlub olub.
"Baku Fires” (AZƏRBAYCAN) - "Astana Arlans” (Qazaxıstan) 2:3
49 kq. Rəsul Saliyev - Temirtas Jussupov 0:1
56 kq. Məhəmməd Qurbanov - Nursultan Koşequlov 1:0
64 kq. Heybətulla Hacəliyev - Asxat Ualixanov 1:0
75 kq. Jaba Xositaşvili - Meyrim Nursultanov 0:1
91 kq. Rahil Məmmədli - Vasili Levit 0:1
Qeyd edək ki, "Astana Arlans” bunadək cari mövsümdə hər 2 görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar II turda səfərdə "Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələyib.
"Baku Fires” isə ilk turda Qubada "İtalia Tunder" klubu üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzub.
Xatırladaq ki, "Baku Fires" ötən mövsüm WSB-də yalnız finalda "Kuba Domaderos" klubuna uduzaraq II olub.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb