Ümumdünya Boks Seriyasının (WSB) IX turunda Azərbaycanın “Baku Fires” klubu Quba Olimpiya Kompleksində Venesuelanın “Caciques Venezuela” komandasını qəbul edib. Apasport.az saytının məlumatına görə, komandamız görüşü tam üstünlüklə öz xeyrinə başa vurub - 5:0.
Döyüşlərin nəticələri:
Baku Fires – Caciques Venezuela
49 kq. Cavid Dadaşov – Martinez Kordova - TKO – I R3 00:59
56 kq. Məhəmməd Qurbanov - Rodrigez Villavinçenzo 3:0 (49: 45, 50:53, 49:46)
64 kq. Heybətulla Hacəliyev – Arkon Diaz - 3:0 (50:45, 50:45, 50:45)
75 kq. Jaba Xositaşvili - Korbaj Barrera – 3:0 (50:45, 50:45, 49:46)
91 kq. Abdulqadir Abdullayev – Villi Kyakonye – KO R1 2:10
B qrupunda digər nəticələrə gəlincə, “Astana Arlans” doğma divarlar arasında “Rafako Hussars Poland” komandasını 5:0 hesabı ilə məğlub edib. USA “Knockouts” səfərdə “İtalia Thunder”ə 0:5 hesabı ilə uduzub.
Turnir cədvəli:
Astana Arlans – 27 xal, döyüşlərin fərqi –(37-8)
Baku Fires – 20, (31-14)
USA Knouckots – 19, (25-20)
İtalia Thunder – 16, (25-19)
Caciques Venezuela – 11, (16-29)
Puerto Rico Hurricanes – 11, (16-24)
Rafako Hussars Poland - 10 , (17-28)
Argentina Condors – 1, (7-32)
“Baku Fires” növbəti görüşünü martın 21-də səfərdə “Astana Arlans”a qarşı keçirəcək.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq