Amerikanın məşhur “Forbes” jurnalı 2015-ci ilin ən dəyərli idmançılarının siyahısını açıqlayıb. Apasport.az-ın jurnalın rəsmi saytına istinadən məlumatına görə, ilk “10-luq”da cəmi bir futbolçu yer alıb.
Bu, portuqalıyalı hücumçu Kriştianu Ronaldodu. “Real”ın qol “maşını” 16 milyon dollarlıq qiyməti ilə 8-ci yerə layiq görülüb. Ötən il 12 milyon dollarla 9-cu pillədə qərarlaşan “Barselona”nın ulduz futbolçusu Lionel Messi isə bu dəfə ilk “10-luq”da özünə yer edə bilməyib.
“Forbes”in hesablamasına görə, ilin ən dəyərli idmançısı yenə dünyanın bir nömrəli qolfçusu Tayger Vuds olub. Onu həmkarı Fil Mikelson izləyir.
İlk “10-luq” belədi:
1. Tayger Vuds (qolf – 30 milyon)
2. Fil Mikelson (qolf – 28 milyon)
3-4. Lebron Ceyms (basketbol – 27 milyon)
3-4. Roje Federer (tennis – 27 milyon)
5. Mahendra Sinq Dhoni (kriket - 21 milyon)
6-7. Useyn Bolt (yüngül atletika – 18 milyon)
6-7. Kevin Dyurent (basketbol – 18 milyon)
8. Kriştianu Ronaldo (futbol – 16 milyon)
9. Rori Makilroy (qolf – 12 milyon)
10. Floyd Meyvezer (boks – 11,5 milyon)