Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer 2015-ci ilin ən möhtəşəm idman tədbirlərinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, CEV rəhbəri gələn il iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarını qitənin ən nüfuzlu yarışı adlandırıb.
Onun sözlərinə görə, Bakı-2015-də voleybolçular pərəstişkarlarına ən gözəl anları yaşadacaq: “Yeni ilin ən böyük idman tədbiri iyunda Bakıda olacaq. Nəhayət ki, Avropanın da öz Oyunları olacaq. Voleybol və çimərlik voleybolunun minlərlə pərəstişkarın diqqətini özünə çəkəcəyinə, onlara yarışın ən gözlən anlarından birini yaşadacağına əminəm. Həmçinin, kişi və qadınlar arasında Avropa çempionatının final mərhələsini təşkil edəcəyik. Bununla yanaşı, Rio-de-Janeyro Olimpiadasına lisenziya xarakterli turnirlər olacaq. Artıq Braziliyaya gedən yola start veriləcək”.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"