“Sərhədçi” Olimpiya Mərkəzində həvəskar və peşəkar MMA döyüşçüləri arasında “Grand Prix Azerbaijan Fight Club” keçirilib. Apasport.az saytının məlumatına görə, bu yarış ənənəvi olaraq bir neçə aydan bir keçiriləcək turnirlərdən ibarət “Azerbaijan Fight Series” layihəsi çərçivəsində baş tutub.
“Azerbaijan Fight Club”un prezidenti Şəhriyar Abbasovun təşkilatçılığı ilə gerçəkləşən layihə MMA idman növünün ölkəmizdə populyarlaşması və inkişafına xidmət edəcək. “Grand Prix Azerbaijan Fight Club”da 10 klubdan olan idmançıların iştirakı ilə həvəskar və peşəkar döyüşlər təşkil olunub. Yarışa 5 idmançı ilə qatılan “Qəbələ” İdman Klubunu 3 həvəskar və 2 peşəkar döyüşçü təmsil edib.
Həvəskarların mübarizəsində Fuad Musayev uğur qazanıb. Qəbələ rayon bölməsinin təmsilçisi 66 kq çəki dərəcəsində keçirdiyi 2 görüşdə qalib gələrək finala yüksəlib. Yalnız həlledici döyüşdə uduzan Musayev yarışı 2-ci yerdə başa vurub.
Yarış peşəkarların iştirakı ilə keçirilən 14 döyüşlə yekunlaşıb. Rinqə çıxan hər iki “Qəbələ” təmsilçisi döyüşü vaxtından əvvəl qazanılan təmiz qələbə ilə başa vurub. 70 kq çəki dərəcəsində Nəriman Abbasov rəqibindən üstün olub. Cəfər İsmiyev isə 77 kq çəki dərəcəsində keçirdiyi döyüşü qələbə ilə bitirib.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq