“Mən Azərbaycana ilk dəfə gəlirəm. Yarış çox əla təşkil olunub. Yarışın kateqoriyası 2,1-dir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Velosiped İdmanı Federasiyasının fəxri baş katibi Ronald Hofer deyib.
O, “Tour d’Azerbaidjan” veloyürüşünün bu gün keçirilən II mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqda danışıb: “Bu kateqoriya gələcəkdə daha da yüksələ bilər. Otellər əla, yollarda təhlükəsizlik çox gözəldir. Əminəm ki, gələcəkdə bu yarışda “Pro” komandaları da iştirak edəcək. Bu yaxınlarda Türkiyədə belə yarışda iştirak edirdim. Çox gözəl idi. Onlarda yarışın 50 illik tarixi var. Azərbaycan isə buna son bir neçə ildə nail olub. Bugünkü mərhələnin qalibi velosiped idmanına 2012-ci ildə başlayıb. Bunadək xizəkçiliklə məşğul olurdu”.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı