Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.
70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov 1/4 finalda litvalı Lukas Petrauskasdan üstün olub – 3:0. Boksçumuz finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək.
Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. Milli komandamızın üzvü rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib – 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq.
Kənan İsmayılzadə (75 kq), Kənan Əliyev (46 kq) 1/4 finalda mübarizəni dayandırıblar.
Beləliklə, mayın 22-də keçiriləcək yarımfinalda rinqə çıxacaq boksçularımız və rəqibləri belədi:
48 kq. Cavid Hüseynov – Lorkan Harleks (İrlandiya)
52 kq. Niyaməddin Allahverdiyev – Deklin Daff (Şotlandiya)
70 kq. Səid Məlikov – Yeqor Skamarox (Belarus)
54 kq. Orxan Həsənov – İvan Kozyar (Ukrayna)
60 kq. Bəxtiyar Qazıbəyov – Koryan Asteyan (Ermənistan)
+80. Məhəmməd Abdullayev – Artyum Yordanyan (Gürcüstan)
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək