[b]“Azərbaycan yığması möhkəm və təslim olmayan komandadı” [/b]
21.06.2015 - 15:02
[b]“Azərbaycan yığması möhkəm və təslim olmayan komandadı” [/b]

“Bakıya səfəröncəsi əhvalımız əladı. Bilirsiz ki, Avropa Oyunları tarixdə ilk dəfə keçirilir. Bu mənada, yarış bizim üçün böyük önəm kəsb edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın çimərlik futbolu üzrə yığmasının müdafiəçisi Andrey Borsuk deyib.

 

Ukraynalılar I Avropa Oyunlarında Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparacaqlar.

 

Yerli mətbuata açıqlamasında komandasının şanslarını dəyərləndirən Borsuk Bakıya iddialı gələcəklərini qeyd edib: “Yığmamız yarışın qalibi olmaq arzusundadı. Avropa Oyunlarının çempionu olsaq, tarixə düşəcəyik. Qarşımıza qoyulan minimum tapşırıq isə medalçılar sırasında yer almaqdı”.

 

Portuqaliya və İsveçrənin də yer aldığı qrupda Ukrayna yığması ilk görüşünü iyunun 24-də millimizə qarşı keçirəcək.

 

Borsuk bildirib ki, qrup oyunlarının hər biri onlar üçün çətin keçəcək: “Fikrimcə, Bakıda keçirəcəyimiz bütün görüşlər ağır olacaq. Azərbaycan yığması doğma divarlar arasında oynayacaq. Onların möhkəm və  təslim olmayan komandaları var. Azərbaycan yığması ilə yanaşı, Portuqaliya və İsveçrə milliləri ilə mübarizə aparacağıq. Bu komandalar da hazırda çimərlik futbolunun ən güclüləri sayılırlar. Heyətlərində “ulduzlar” toplaşıb. Buna baxmayaraq, biz də Bakıya elə-belə getmirik. İlk növbədə, öz gücümüzə, motivasiyamıza və komandamızın ustalıq səviyyəsinə arxalanırıq”.