[b]“Azərbaycanın qürur hissi keçirməsinə köməyimiz oldu”[/b]
13.06.2015 - 10:20
[b]“Azərbaycanın qürur hissi keçirməsinə köməyimiz oldu”[/b]

“Komanda üzvlərinə dərin təşəkkür edirəm. Azərbaycanın qürur hissi keçirməsinə köməyimiz oldu. 2004-cü ildə Afinada açılış mərasimi ilə məşğul olmuş şəxs mənə kömək etdi”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunlarının açılış mərasimin koordinatoru Ketrin Uqvu deyib.

 

O, bu gün keçirilən mətbuat konfransında bildirib ki,  Azərbaycanın mədəniyyəti ilə tanış olmaq üçün vaxta ehtiyacı olub: “Alim Qasımovun ifası, Qobustan, Nizaminin əsərləri şouya öz töhfəsini verdi”.

 

Uqvu deyib ki, Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasiminin təşkil olunmasına 350 işçi cəlb olunub, bu işə 2000 könüllü dəstək verib. O, açılış mərasiminin detallarının necə gizli saxlanılmasına da aydınlıq gətirib: “Əvvəlki açılışlarda iştirak edənlərin köməyindən yararlandıq. Düşündük ki, mərasimdə sürpriz edək. Bunu gizli saxlamaq çətin idi. Ledi Qaqa ilə çox sıx əməkdaşlıq etdik ki, o, bunu sirr kimi saxlasın. Bir neçə gün oteldə qaldı. Özünü göstərməmək üçün oteldən çıxmadı. Öz şəhərim olan Londonda da bu işlə məşğul olmuşam. Artıq 12-ci belə mərasimin təşkilində iştirak edirəm”, - deyə K. Uqvu vurğulayıb.