“Çimərlik futbolu həvəskarlar arasında həmişə sevilib. Elə peşəkarlar arasında çimərlik futbol da inkişafdadı. Avropa oyunları bu idman növünün inkişafına güclü təkan olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi deyib.
Avropa Oyunlarının çimərlik futbolu yarışlarının püşkatmasının nəticələrini dəyərləndirən qurum başçısı Azərbaycan yığmasının hədəfini açıqlayıb: “Hədəfimiz Avropa Oyunlarında ilk “üçlük”də yer almaqdı. Komandamız da buna hazırdı. Doğma vətəndə oynayacağıq. Rəqiblərimizi də yaxşı tanıyırıq. Eyni səviyyədə komandalardı. Ümid edirəm ki, doğma divarlara arasında hədəfimizə çatacağıq”.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq