[b]ABŞ: Rusiya Olimpiadaya buraxılmasın![/b]
17.07.2016 - 14:34
ABŞ-ın antidopinq agentliyi (USADA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyinə məktub yazıb. Apasport.az xəbər verir ki, BOK prezidenti Tomas Baxa ünvanlanmış məktubda Rusiyanın olimpiya oyunlarına buraxılmaması tələb olunur.
Agentliyin rəhbəri Trevis Tayqertin adından göndərilən məktubda VADA-nın araşdırmalarına istinad edilib.
Bu araşdırmaların nəticələri iyulun 18-də açıqlanacaq. Bildirilir ki, araşdırmaların nəticələrinə görə Rusiya olimpiya oyunlarının fundamental prinsiplərini pozmaqda ittiham olunur.
USADA tələb edir ki, BOK iyulun 26-na qədər qərar qəbul etsin və Rusiya idmançılarının olimpiadada iştirakına qadağa tətbiq etsin.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0