Avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç tezliklə müalicə olunduğu xəstəxananı tərk edəcək. Apasport.az saytının “Azərtac”a istinadən məlumatına görə, Avstriya Milli Olimpiya Komitəsindən məlumat verilib ki, Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atlet bu ayın sonunadək xəstəxanadan buraxılacaq, reabilitasiya kursuna başlayacaq.
Avstriya Milli Olimpiya Komitəsinin baş katibi Peter Mennel bildirib ki, Aşağı Avstriyada yerləşən reabilitasiya mərkəzlərindən birində V. Sahinoviç ən optimal şərtlər altında müalicəsini davam etdirəcək və reabilitasiya prosesi keçəcək.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib