[b]Azad Rəhimov: Açılış mərasiminə təxminən 100 milyon manat xərc çəkilib[/b]
13.06.2015 - 10:28
[b]Azad Rəhimov: Açılış mərasiminə təxminən 100 milyon manat xərc çəkilib[/b]

“Hamımız dünənki həyəcanlı anlarla yaşayırıq. Son iki ildə aparılan yüksək səviyyədə iş dünən təqdim olundu”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı-direktoru, gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

 

I Avropa Oyunlarının açılışı ilə bağlı ümumi rəyin müsbət olduğunu deyən Rəhimov bildirib ki, bu, böyük komandanın gərgin əməyi sayəsində mümkün olub: “Buna çox sevinirik. İnsanlar böyük komanda kimi işlədilər. Bunun da nəticəsinin şahidi olduq”.

 

Nazir Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə xərclənən vəsaitin məbləğini də açıqlayıb: “Dünənki açılış üçün təxminən 100 milyon manat xərc çəkildi. Oyunların sonunda hər şey barədə tam dəqiqliyi ilə məlumat veriləcək”.