Azərbaycan karateçiləri Almaniyada beynəlxalq turnirə qatılacaqlar. Apasport.az saytının məlumatına görə, idmançılarımız Nuenberq şəhərində S.K.D.U.N şotakan karate üzrə Avropa çempionatında iştirak edəcəklər.
1-3 aprel tarixlərində baş tutacaq yarışda Azərbaycanı Karate Federasiyaları Assosiyasiyası adından 6 idmançı təmsil edəcək. 21-39 yaş arası idmançıların mübarizəsində kata kumitedə 80 kq çəki dərəcəsində Sədi Namazov, 80+ kq çəkidə Həsən Quliyev Həsən, açıq çəkidə isə Aqşin İbrahimov mübarizə aparacaq.
18-21 yaş arası idmançıların mübarizəsində, 60 kq çəkidə Murad Səmədzadə döyüşə çıxacaq. 12-13 yaş arası karateçilərin yarışında isə kata kumitedə 40 kq çəkidə İsmayıl Bayramzadə, 45 kq çəkidə isə Əhməd İsgəndərov yarışacaq.