[b]Azərbaycanlı nazirlərdən idmançılarımıza dəstək[/b]
13.06.2015 - 18:14
[b]Azərbaycanlı nazirlərdən idmançılarımıza dəstək[/b]

Bu gün Kristal Zalında karatenin kumite növü üzrə keçirilən yarışların yarımfinal və final görüşlərini izləyən çoxsaylı azarkeşlər arasında tanınmış şəxslər də olub. Apasport.az-ın məlumatına görə, bir sıra mədəniyyət və incəsənət xadimləri, eləcə də dövlət rəsmiləri azarkeş qismində tribunalara gəliblər.

 

Onlar arasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, maliyyə naziri Samir Şərifov xüsusi ilə diqqət cəlb edib.

 

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev də final və yarımfinal görüşlərini tribunadan izləyib. Prezident qızıl medal qazanmış idmançılarımızın mükafatını özü təqdim edib.