[b]Bakı-2015-in gündəliyi: Avropa Oyunlarında I gün[/b]
11.06.2015 - 17:22
[b]Bakı-2015-in gündəliyi: Avropa Oyunlarında I gün[/b]

Sabah start götürəcək I Avropa Oyunlarının ilk günündə 2 növ üzrə yarışlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışın açılış mərasimindən əvvəl sinxron üzgüçülük və su polosu yarışları başlayacaq.

 

Mübarizəyə Bakı Su İdmanı Mərkəzində start veriləcək. Avropa Oyunları tarixində ilk yarış sinxron üzgüçülükdə, duetlərin mübarizəsində gerçəkləşəcək. Bu idman növündə komanda yarışlarında təsnifat mərhələsi keçiriləcək.

 

Su polosunda da qadınlar ilk turun görüşlərinə çıxacaqlar. Azərbaycan yığmasının oynamadığı turnirdə 6 matç baş tutacaq.

 

 

12 iyun

 

9:00. Sinxron üzgüçülük

Duetlər, təsnifat mərhələsi, sərbəst hərəkətlər

Bakı Su İdmanı Mərkəzi

 

12:00. Su polosu

Qadınlar, A qrupu

Hollandiya - İsrail

Vaterpol arenası

 

12:00. Su polosu

Qadınlar, A qrupu

Macarıstan – Almaniya

Vaterpol arenası

 

13:45. Su polosu

Qadınlar, A qrupu

Yunanıstan – Böyük Britaniya

Vaterpol arenası

 

13:45. Su polosu

Qadınlar, B qrupu

İspaniya – Serbiya

Vaterpol arenası

 

15:30. Su polosu

Qadınlar, B qrupu

Rusiya – Slovakiya

Vaterpol arenası

 

15:30. Su polosu

Qadınlar, B qrupu

İtaliya – Fransa

Vaterpol arenası

 

15:30. Sinxron üzgüçülük

Komandalar, təsnifat mərhələsi, sərbəst hərəkətlər

Bakı Su İdmanı Mərkəzi

 

20:15. Açılış mərasimi

Olimpiya stadionu