“Avropa Oyunları bu ilki yarışlar içərisində ən əhəmiyyətlisidi. Mən Rio-2016-a hazırlaşıram və orada öz titulumu qorumağa çalışacağam”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015-in beynəlxalq idman elçisi, böyük britaniyalı taekvondoçu Ceyd Cons deyib.
Olimpiya çempionu iyunun 12-28-də Bakıda təşkil olunacaq Avropa Oyunlarının əhəmiyyətindən danışıb.
O bildirib ki, bu yarış 1 il sonra Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün ciddi imtahandı: “Mən və avropalı rəqiblərimin hansı səviyyədə olduğunu müəyyənləşdirmək baxımından Bakı-2015 böyük bir sınaqdı. Böyük Britaniya Avropa Oyunlarına böyük komanda ilə qatılır. Eyni zamanda, bu yarış çox əyləncəli olacaq və ən əhəmiyyətlisi də mən Bakıya qələbə qazanmaq üçün gedirəm”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək