Bakı-2015 Avropa Oyunları və dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti, London-Breveridə keçirilən mötəbər 2015 Transform Avropa Mükafatının vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb. Apasport.az saytının məlumatına görə, Transform Avropa Mükafatı bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) ofisinin foyesində Azərbaycan Respublikasının gənclər və idman naziri, BAOƏK-nin baş icraçı direktoru Azad Rəhimova təqdim edilib.
Təqdimetmə mərasimində çıxış edən nazir bu mükafatın Azərbaycan idmanı üçün böyük uğur olduğunu qeyd edib. Transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdı.
Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici Bakı-2015 brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.
Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdı.
Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə Bakı-2015 brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də, Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq