Bu gün Bakı-2015-in çimərlik futbolu yarışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparacaq 8 komanda iki qrupa bölünüb.
Qaydalara əsasən, Azərbaycan millisi meydan sahibi kimi A qrupunun, son Avropa çempionu Rusiya isə B qrupunun birincisi olub. Digər komandalar isə püşkə əsasən bölünüblər.
Komandaların adlarını səbətdən əzəli rəqiblər “Real” və “Barselona”nın sabiq oyunçuları çıxarıb. “Real”ı Fransa millisinin sabiq futbolçusu Kristian Karambö, “Barselona”nı Azərbaycan millisinin baş məşqçisi, Xorvatiya yığmasında çıxış etmiş Robert Prosineçki təmsil edib.
A qrupunda Portuqaliya, İsveçrə, Ukrayna yığmaları millimizə rəqib olub. B qrupunda isə rusiyalılarla İspaniya, İtaliya, Macarıstan mübarizə aparacaq.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq