[b]Bakıya gələcək milli komandalar bəlli oldu [/b]
05.12.2014 - 21:30
[b]Bakıya gələcək milli komandalar bəlli oldu  [/b]

I Avropa oyunlarında iştirak edəcək voleybol yığmalarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həm qadınların, həm də kişilərin yarışında 12 komanda mübarizə aparacaq.

 

Seçmə yarışlarda reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq.

 

Kişilərdən ibarət yarışlarda iştirak üçün seçilən digər komandalar reytinq dərəcəsi ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyədi.

 

Qadınlardan ibarət yarışlarda iştirak üçün seçilən digər komandalara kvalifikasiya dərəcələrinin ardıcıllığına görə Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya daxildi.

 

Qeyd edək ki, 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa oyunlarında voleybol yarışları 16 gün davam edəcək. Ümumilikdə yarışlara 49 ölkədən 6 mindən artıq idmançı ölkəmizə gələcək. Yarışlar 20 idman növündə keçiriləcək.