[b]Bakı-2015: Olimpiya stadionunda sınaq tədbirinin tarixi açıqlandı[/b]
03.06.2015 - 09:35
[b]Bakı-2015: Olimpiya stadionunda sınaq tədbirinin tarixi açıqlandı[/b]

Baku-2015 iyunun 12-də başlayacaq Avropa Oyunlarından öncə hazırlıqların bir hissəsi kimi şənbə günü - iyunun 6-da Olimpiya stadionunda sınaq tədbir keçirəcək. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, ictimaiyyət üçün bağlı olacaq bu mərasim 20:00-da başlayacaq.

 

Bakı-2015 Olimpiya stadionunun yaxınlığından maşınla keçmək istəyənlərə müraciət edir ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi iyunun 6-da axşam saat 16:00-dan gecə saat 02:00-a kimi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

 

Həmçinin, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə iyunun 6-da saat 16:00-dan gecə saat 02:00-a kimi bağlı olacaq.

 

Şəhər sakinlərindən avtobus və metro stansiyalarında həmin gün sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş olunur.

 

6 iyun və Bakı-2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

 

* Bakı-2015-in internet səhifəsi (www.baku2015.com);

* Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

* Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (www.mot.gov.az), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (www.dyp.gov.az) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

* Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (www.facebook.com/niim.gov.az) də daxil olmaqla, NİİM-in məlumat kanalları