[b]Belarus yığmasının baş məşqçisi: Mingəçevirdə hər şey çox mükəmməldi[/b]
14.06.2015 - 12:37
[b]Belarus yığmasının baş məşqçisi: Mingəçevirdə hər şey çox mükəmməldi[/b]

“İlk Avropa Oyunlarının çox maraqlı idman hadisəsi olduğuna əminəm. Şadam ki, Mingəçevirdə bu heyrətamiz Oyunlarda bizim komanda da iştirak edir”. Bunu apasport.az saytına avarçəkmə üzrə Belarus yığmasının baş məşqçisi Nikolay Banikoe deyib.

 

Bakı-2015 I Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında Belarus yığması da iştirak edir.

 

Banikoe idmançılarının bu yarışlarda mükafat qazanmasını istədiyini bildirib: “Belarusdan bura 14 idmançı ilə (10 kişi, 4 qadın) gəlmişik. Mingəçevirdə hər şey çox mükəmməldi. Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm. İki atletimiz - 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçıları Aleksandr Baqdanoviç və Andrey Baqdanoviç bu gün yarışda iştirak edirlər. Onlar yarışların birinci mərhələsində finişə ikinci çatdılar. Bunlar yüksək səviyyəli və məsuliyyətli yarışlardı. Biz oyunlardan öncə təlim-məşqlər zamanı öz gücümüzü bildik. Əlavə edim ki, bu yarış iştirakçılarının hamısı Avropada avarçəkmə idmanı üzrə ən güclü olanlardı. İdmançılar arasında güclü rəqabət var. Demək olar ki, qayıqlar bir-birindən cəmi 1-2 saniyə fərqlə finiş xəttini keçirlər. İnanıram ki, medal qazana bilərik”.