[b]Beyl: Avropa Oyunlarının olimpiya gözəlliyi var[/b]
03.06.2015 - 11:43
[b]Beyl: Avropa Oyunlarının olimpiya gözəlliyi var[/b]

Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Hollandiya milli komandasının təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə ölkəmizdə təşkil olunacaq yarışda çıxış edəcək 100-dən artıq idmançı qatılıb.

 

Bakı-2015-də 119 atletlə təmsil olunacaq “narıncılar”ın yalnız bəzi üzvləri mərasimdə iştirak etməyib. “Zanbaqlar ölkəsi”nin Avropa Oyunları üçün nümayəndə heyətinin rəhbəri Yerun Beyl  yarışla bağlı fikirlərini də bildirib: “Avropa Oyunları Olimpiya Oyunları deyil. Lakin bu yarışın öz olimpiya gözəlliyi var. Demək olar ki, bütün növlərdə ən güclü idmançılarımızla təmsil olunacağıq. Biz Bakıya uğur qazanmaq üçün gedirik. Avropa Oyunlarında 8 medal qazanacağımıza ümid edirik”.

 

Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.