[b]Karate Olimpiya Oyunlarının proqramına daxil edildi[/b]
04.08.2016 - 00:37
[b]Karate Olimpiya Oyunlarının proqramına daxil edildi[/b]

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rioda keçirdiyi qurumun 129-cu sessiyasında mühüm qərarlar qəbul edib. Apasport.az saytının məlumatına görə, 5 idman növünün bundan sonra Olimpiya idman növlərinin sırasına qoşulması rəsmiləşib.

 

Belə ki, iyun ayında Lozanda baş tutmuş sessiyada karate, beyzbol/softbol, idman dırmanması, su xizəyi və sörfinqin Tokio-2020-dən etibarən proqrama salınması təklif edilmişdi. Budəfəki toplantıda isə artıq qərar rəsmən qəbul olunub.

 

Oyunlara əlavə olunan yeni 5 idman növündə 18 kateqoriyada 474 idmançı mübarizə apara biləcək.