[b]BOK-dan narazılıq: Rio-2016 tarixin ən çətin Olimpiya Oyunlarıdı[/b]
12.08.2016 - 13:03
[b]BOK-dan narazılıq: Rio-2016 tarixin ən çətin Olimpiya Oyunlarıdı[/b]

Rio-2016-da müşahidə olunan çatışmazlıqları Beynəlxalq Olimpiya Komitəsi (BOK) də etiraf etməyə məcbur olub. Apasport.az saytının məlumatına görə, Olimpiya kəndindəki məişət problemləri, təhlükəsizliyin idealdan uzaq olmasının yaratdığı kriminal hadisələr və təşkilatçılıqdakı digər qüsurlar yarışı tarixin ən ağır, ən çətin baş tutan Oyunları adlandırmağa əsas verib.

 

BOK-un bu mövqeyini qurumun vitse-prezidenti Con Kouts açıqlayıb. O qeyd edib ki, indiyədək heç vaxt təşkilatçılıqla bağlı bu dərəcədə çətinliklə yaşanmayıb: “Rio-2016-da çox çətindi. Yarışın keçirilməsi üçün ölkədəki iqtisadi, siyasi vəziyyətin ağırlığı baxımından tarixin ən çətin Olimpiadasını yaşayırıq. Yeddi il əvvəl Rionu ev sahibi seçəndə Braziliya ÜDM-in həcminə görə ən yüksək göstəriciyə malik 5 ölkəyə çox yaxın idi. İndi isə bu ölkə həmin siyahıda 74-cüdü. Təbii ki, bütün problemlər stadionlardakı taaşaçı sayında da öz əksini tapır. Biz tribunalarda daha çox seyrçinin olmasını istəyirik”.


Qeyd edək ki, avqustun 5-də startı verilən XXXI Yay Olimpiya Oyunlarına ayın 21-də yekun vurulacaq.