[b]Böyük Britaniya Avropa Oyunlarına 240 nəfərlə gəlir[/b]
26.02.2015 - 11:23
[b]Böyük Britaniya Avropa Oyunlarına 240 nəfərlə gəlir[/b]

Böyük Britaniya iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarına gələcək təmsilçilərinin sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Birləşmiş Krallıq Azərbaycan paytaxtına 240 nəfərlik heyətlə gələcək.

 

Bunlardan 160-ı idmançılardı. Onlar Bakı-2015-də keçiriləcək 20 idman növündən 18-də təmsil olunacaqlar.

 

Komandanın şef de-missionu Mark Enqlandin sözlərinə görə, Avropa Oyunlarına gələcək idmançılarının sayı 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarına yollanan komanda ilə müqayisədə 3 dəfə çoxdu.

 

O, həmçinin bildirib ki, yarışa ciddi hazırlaşırlar və hazırda idman növləri üzrə baş məşqçilər əsas namizədləri seçirlər: “Bu Oyunların gələcəyinə inanıram. Fikrimcə, qarşıdakı illərdə daha da inkişaf edəcək. Bu səbəbdən də Azərbaycana geniş heyətlə yollanmağı planlaşdırırıq. Avropa Oyunlarına gedəcək 160 idmançı yarışa qatılacaq 5 min nəfər arasında yer alacaq”.

 

Qeyd edək ki, ada ölkəsindən öncə Bolqarıstan Bakı-2015-ə 109 idmançı ilə gələcəyini açıqlamışdı. Rumıniya yığması isə nümayəndə heyəti ilə birlikdə 200 nəfər olacaq.