[b]Bundestim Avropa Oyunlarına italiyalı baş məşqçi ilə gələcək[/b]
28.02.2015 - 11:41
[b]Bundestim Avropa Oyunlarına italiyalı baş məşqçi ilə gələcək[/b]

Qadın voleybolçulardan ibarət Almaniya millisinin baş məşqçisinin adı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, komanda italiyalı Lusiano Pudullaya həvalə edilib.

 

Onun ən azı 2016-cı il Rio-de-Janeyro Olimpiadasının sonuna kimi Bundestimdə çalışacağı bildirilir. Pudullanın qarşısına bu il baş tutacaq - Avropa Oyunları, dünya Qran-prisi və Avropa çempionatında uğurlu çıxış etmək tapşırığı qoyulub. O, ardınca Almaniyanı Olimpiadaya da daşımalıdı.

 

Qeyd edək ki, Pudulla bu posta 9 il çalışan həmyerlisi Covanni Quidettini əvəzləyib.