Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və vitse-prezident Yan Xronik yenidən Bakıya gəliblər. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd Bakı-2015-ə hazırlıqların gedişatı ilə tanış olmaqdı.
CEV rəhbərliyi iyunda paytaxtımızda baş tutacaq ilk Avropa Oyunları ilə bağlı Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşərək, bir sıra müzakirələr aparıb. Həmçinin, ölkəmizdə 2 günlük səfərdə olacaq Meyerlə Xronik Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri ilə son hazırlıqlar barəsində də söhbət edib, öz tövsiyələrini veriblər.
Qeyd edək ki, Bakı-2015-də klassik və çimərlik voleybolu üzrə yarışlar olacaq.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq