Boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, Lorenzo Sotomayorla (64 kq) Abdulqadir Abdullayevin (91 kq) ardınca daha iki boksçumuz 1/4 finala vəsiqə qazanıb.
Belə ki, yığmamızın üzvü Rüfət Hüseynov (49 kq) ikinci görüşünü də qələbə ilə başa vurub. Mundialın debütantı təcrübəli Hasanboy Dusmatovu (Özbəkistan) məğlub edib – 3:0.
Avropa Oyunlarının bürünc medalçısı Tayfur Əliyev (56 kq) də rəqibinə heç bir şans verməyib. O, monqolustanlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, millimiz dünya çempionatına 8 idmançı ilə qatılıb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib