[b]Azərbaycan boksçusu dünya çempionu oldu![/b]
15.10.2015 - 21:02
Qətərin paytaxtı Dohada təşkil olunan boks üzrə dünya çempionatı başa çatmaq üzrədi. Apasport.az saytının xəbərinə görə, finala vəsiqə qazanan Azərbaycan yığmasının iki üzvü bu gün qızıl medal uğrunda döyüşə çıxıb.
Belə ki, 52 kq çəkidə mübarizə aparan Elvin Məmişzadə həlledici görüşdə Kuba təmsilçisi Yosbani Veytia ilə qarşılaşıb. Çətin keçən görüşdə rəqibinə 3:0 hesablı qalib gələn Məmişzadə dünya çempionu adını qazanıb.
Digər idmançımız Albert Səlimov isə gümüş medalla kifayətlənib. 60 kq çəki dərəcəsində çıxış edən Səlimov lazaro Alvaresə uduzub.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0