[b]Emil Həsənov Avropa üçüncüsü oldu[/b]
18.05.2015 - 13:54
Mayın 14-17-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən sambo üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 10 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 2 medalla qayıdır.
Belə ki, “Neftçi İdman Klubu”nun samboçusu Emil Həsənov (68 kq) qitə yarışını üçüncü pillədə başa vurub. Yığmamızın digər mükafatı isə Fərid Yusifovun aktivindədi. 57 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz komanda yoldaşından fərqli, döyüş sambosunda 3-cü olub.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0