“Milli Olimpiya Komitəsinin iclasında Olimpiya Oyunlarında iştirakımızın vacib olduğu qərara alındı. Mövqeyimiz belədi ki, yarışa istəyi olacaq idmançıları aparacağıq. Heç kim heç kimi məcbur etməyəcək”. Apasport.az saytının məlumatına görə, bunu ermənistanlı olimpiya çempionu Oqsen Mirzoyan deyib.
Ölkəsində ağırlıqqaldırma üzrə məşqçi işləyən mütəxəssis Ermənistan yığmasının Avropa Oyunlarında iştirakı ilə bağlı qəbul olunan qərara münasibət bildirib. Mirzoyan Azərbaycanın öhdəsinə götürdüyü təhlükəsizliklə bağlı hansısa problemin ortaya çıxmayacağına əminliyini ifadə edib: “Təhlükəsizlik məsələsini Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, təhlükəsizliklə bağlı problem yaranmayacaq. Əksər valideynlər oğullarının Bakıya yollanmasının əleyhinə olacaq və bununla razıyam. Əgər idman növləri arasında ağır atletika olsaydı, öz oğluma Avropa Oyunlarında iştiraka icazə verib, onunla Azərbaycana yollanardım. Əminəm ki, idmançılarımız yaxşı formada olsa və öz imkanlarını nümayiş etdirsə, qələbələrini heç kim onlardan almayacaq”.
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də təşkil olunacaq.
- Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq