[b]Federasiya prezidenti Bakı haqda: Ömrümdə belə şey görməmişəm[/b]
21.05.2015 - 12:05
[b]Federasiya prezidenti Bakı haqda: Ömrümdə belə şey görməmişəm[/b]

“Sambonun Avropa Oyunlarının proqramına daxil edildiyinə görə öncə Bakı-2015 Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukova təşəkkür edirəm. Bizim üçün bu, idman növümüzün gözəlliyini və baxımlılığını bütün dünyaya nümayiş imkanıdı. Eyni zamanda, bu yarış sambonun Olimpiya ailəsinə daxil olmasına kömək edəcək”. Bu sözləri Avropa və Ümumrusiya Sambo Federasiyalarının prezidenti Sergey Yeliseyev deyib.

 

O, Rusiya Milli Olimpiya Komitəsində sabmo yığmasının Bakı-2015-də iştirakına həsr olunan mətbuat konfransında çıxış edərək, yarışla Avropa Oyunları ilə bağlı fikirlərini açıqlayıb: “Azərbaycanın sambo ənənələri çox zəngindi. Azərbaycanlılar çoxlu sayda dünya çempionları var. Buna görə də idman növümüzün populyarlaşması üçün Bakı və Avropa Oyunları gözəl meydandı. Yarışın təşkilatçılarına xoş sözlərimi demək istəyirəm. Yarım il öncə Bakıya gedəndə bu şəhərin dəyişdiyinə xoş mənada heyran oldum. İdmançılar üçün Atletlər kəndi fantastik qurğudu. Ömrümdə belə şey görməmişəm. Digər idman obyektləri də ən yüksək standartlara cavab verir. Azərbaycan qonaqpərvərliyindən isə danışmağa belə ehtiyac yoxdu. Bakının hər bir qonağı qayğı və diqqətlə əhatə olunur. Mən bunu oranın hər guşəsində hiss etdim”.

 

Qeyd edək ki, sambo yarışları iyunun 22-də təşkil olunacaq. Avropa Oyunlarında 20 ölkədən 72 samboçusu 8 dəst medal uğrunda mübarizə aparacaq.