[b]Fəridə Əzizovadan növbəti çempionluq[/b]
26.02.2016 - 13:08
[b]Fəridə Əzizovadan növbəti çempionluq[/b]

Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərində taekvondo üzrə təşkil edilən “Fujairah Open” beynəlxalq turnirini başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G-2 kateqoriyalı yarış Azərbaycan üçün uğurlu alınıb.

 

Belə ki, Rio-2016-ya lisenziyanı təmin etmiş Fəridə Əzizova növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 67 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz bütün rəqiblərinə qalib gəlməklə, növbəti titulunu qazanıb.