[b]Gili Lüstiq: Avropa Oyunları böyük bir fürsətdi[/b]
26.05.2015 - 11:25
[b]Gili Lüstiq: Avropa Oyunları böyük bir fürsətdi[/b]

“Bakı-2015-in başlanmasını səbirsizliklə gözləyirik. Cüdo və gimnastika kimi yarışlarda bu, Rio-2016 üçün əsl sınaqdı. Avropa və dünya çempionatlarında təcrübəsi olan, amma Olimpiya Oyunlarına bənzər yarışlarda iştiraka heç bir şansı olmayan idmançılar üçün bu, həm də böyük bir fürsətdi”. Apasport.az saytının məlumatına görə, bunu İsrailin Olimpiya Komitəsinin baş katibi Gili Lüstiq deyib.

 

Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində çox böyük coşqunun olduğunu deyən Lüstiq bildirib ki, Bakı-2015 israilli idmançılar üçün böyük faydalar verəcək: “Bəzi idman növləri Rio Yay Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edir, digərləri isə qiymətli reytinq xalları verir. Bakı-2015 bir çox idman növləri üzrə dünya, yaxud Avropa çempionatları öncəsi güclü performans üçün imkan yaradacaq”.

 

Baş katib inanır ki, İsrail atletika yarışları üzrə titul uğrunda mübarizə apara bilər. Ölkəsinin ən yaxşı idmançıları, o cümlədən, üçtəkanla tullanan Hanna Knyazyeva-Minenko, nizə atan Mararita Dorojon və 400 m qaçış üzrə yarışan Donald Blair-Sanford burada komandasının medal qazanmasında mühüm rol oynaya bilər.

 

İsrail yığması Oyunlarda 6-9 arası qızıl medal qazanacağını ümid edir. Bakı-2015-də qələbə qazanacaq idmançılara mükafatlar da təyin olunub. Belə ki, çempion 7 min, gümüş medalın sahibi 5 min və bürünc mükafatçı 3 min 500 avro qazanacaq.

 

Cüdo və güləş yarışları Avropa çempionatları kimi keçirildiyindən bu idman növləri üzrə qızıl medal sahiblərinə 9 min 300 avro məbləğində mükafat veriləcək.