“Avropa Oyunlarının mükafatını qazandığım üçün çox xoşbəxtəm. Hər şeyə görə Allaha, valideynlərimə və müəllimimə borcluyam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının karateçisi İlahə Qasımova deyib.
Bakı-2015 I Avropa Oyunlarının karate yarışlarının bürünc mükafatını qazanan idmançımız uğurunu şərh edib: “Çox xoşbəxtəm ki, bürünc medala sahib olmuşam, bu, mənim üçün elə çempionluqdu. İlk növbədə Allaha şükür edirəm ki, öz vətənimizdə, heç olmasa medalımız var, medalsız qalmadım. Bunun üçün öz müəllimlərimə minnətdaram. Çoxdan idi ki, bu nailiyyəti gözləyirdim. Bir ildən çox idi ki, ağır məşqlərimiz olurdu. İnanırdım ki, nəticə olacaq və medal götürəcəyəm. Tamaşaçıların dəstəyi bizə daha da stimul verdi. Bütün Azərbaycan xalqından idmançılarımıza dəstək olmağı xahiş edirəm. Həm şəxsi, həm də yığmadakı müəllimlərimə borcluyam. Ən çox isə mənə dəstək olan valideynlərimə minnətdaram”.
Qeyd edək ki, Qasımova 55 kq çəki dərəcəsində Avropa Oyunlarının bürünc mükafatçısı olmaqla, Azərbaycana ilk medalı qazandırıb.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək