[b]İspaniya – Türkiyə matçının hakimləri bəlli oldu[/b]
14.06.2016 - 15:46
[b]İspaniya – Türkiyə matçının hakimləri bəlli oldu[/b]

Avropa çempionatında növbəti təyinatlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 17-də qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq 3 qarşılaşmanı idarə edəcək hakimlər açıqlanıb.

 

Öncə meydana E qrupunun komandaları İtaliya ilə İsveç çıxacaqlar. UEFA bu millilərin görüşünü açılış qarşılaşmasında fit çalmış macarıstanlı Viktor Kaşşaiyə tapşırıb.

 

Daha sonra D qrupunda II turun matçları oynanılacaq. Çexiya və Xorvatiya yığmalarının mübarizəsində ingiltərəli Mark Klattenburq, İspaniya – Türkiyə oyununda isə serbiyalı Milorad Maziç ədalət təmsilçisi olacaq.

 

 

Avropa çempionatı - 2016

17 iyun

 

E qrupu

17:00. İtaliya - İsveç

Baş hakim: Viktor Kaşşai

Yan xətt hakimləri: Qyorgi Rinq, Vensel Tot

Əlavə köməkçi hakimlər: Tamaş Bonyar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Klemen Turpin (Fransa)

Ehtiyat yan xətt hakimi: Nikola Danos (Fransa)

Hakim-inspektor: Devid Elleri (İngiltərə)

UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya)

Tuluza. Şəhər stadionu

 

D qrupu

20:00. Çexiya - Xorvatiya

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Vlado Sayn (Sloveniya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyen. “Joffrua Qişar” stadionu

 

23:00. İspaniya – Türkiyə

Baş hakim: Milorad Maziç 

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Ehtiyat yan xətt hakimi: Vitali Malutsin (Belarus)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Byorn Vassallo (Malta)

Nitsa. Şəhər stadionu