Bu il Azərbaycan idmançıları nüfuzlu beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında üst-üstə 805 medal qazanıblar. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.
Gənclər və İdman Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunan tədbirində çıxış edən nazir əldə olunan uğurlardan danışıb: “Biz deyə bilərik ki, hər gün Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində dalğalanıb. Medalların 275-i qızıldı. Bu isə o deməkdi ki, bu qədər himnimiz səslənib”.
Rəhimov Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlığına da toxunub: “Texniki baza güclənir. “Bakı-2015” ərəfəsində struktur hazır olacaq və dünya standartlarına cavab verəcək”.
Nazir Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunları ilə bağlı fikirlərini də açıqlayıb: “Nanjinqdə yığmamız sübut etdi ki, yeni nəsil yetişir. 204 ölkə arasında 10-cu yeri tutduq. Bəzi idmançılarımız qanı bahasına belə medal qazanırlar”.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"