[b]Olimpiya çempionumuz üçün iranlı rəqib[/b]
13.05.2017 - 12:47
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparacaq Rüfət Hüseynov 1/4 finalda Omid Əhmadisafa (İran) ilə üz-üzə gələcək.
Yeniyetmələrin Olimpiya Oyunlarının qalibinin rəqibinin adına bu gün keçirilən 1/8 final döyüşündən sonra aydınlıq gəlib. Tolqahan Öztürkü (Türkiyə) mübarizədən kənarlaşdıran iranlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. Hüseynovun Əhmadisafa ilə görüşü mayın 15-də olacaq.
0
0