Portuqaliyanın Anadiya şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Challenge” seriyasına aid yarış Azərbaycan millisi üçün uğurlu alınıb.
Belə ki, ölkəmizi Rio-2016-da təmsil edəcək Oleq Stepko sevimli aləti olan paralel qollarda qızıl medala layiq görülüb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal alıb.
Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn Oleq hər iki alətdə 7-ci nəticəni göstərib.
Onunla birgə paralel qollarda finala vəsiqə qazanan digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci yeri tutub.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib