[b]Paralimpiya yığmamızın bayraqdarı bəlli oldu[/b]
22.07.2016 - 12:05
[b]Paralimpiya yığmamızın bayraqdarı bəlli oldu[/b]

Rio Olimpiadasında Azərbaycan Paralimpiya yığmasının bayraqdarı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu missiya yenə cüdoçu İlham Zəkiyevə tapşırılıb.

 

İkiqat Paralimpiya, ikiqat dünya, 6 qat Avropa çempionu, eyni zamanda I Avropa Oyunlarının qalibi Zəkiyev 3-cü dəfə Paralimpiadada bayraqdar olacaq.

 

Qeyd edək ki, Rio Paralimpiadası 7-18 sentyabr tarixlərində keçiriləcək.