[b]Rafael Ağayevə qızıl medalı Mehriban Əliyeva təqdim etdi[/b] - FOTOSESSİYA
13.06.2015 - 19:38
[b]Rafael Ağayevə qızıl medalı Mehriban Əliyeva təqdim etdi[/b] - FOTOSESSİYA

Bakı-2015 I Avropa Oyunlarında karate yığmamız günü iki qızıl, iki bürünc medalla başa vurub. Apasport.az saytının məlumatına görə, 75 kq çəki dərəcəsinin medalçılarını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mükafatlandırıb.

 

Bakı Kristal Zalda bu çəki dərəcəsinin final oyununu izləyən I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri mükafatlandırma mərasimində iştirak edib və fəxri kürsünün qalibi olan Rafael Ağayevin boynuna qızıl medalı salıb.

 

Son olaraq himn sədaları altında bayrağımız dalğalanıb.

 

Qeyd edək ki, Bakı-2015-də ilk qızıl medalımızı qazanan digər karateçimiz Firdovsi Fərzəliyevə (60 kq) mükafatını Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.