[b]Rio-2016: Olqa Senyukun rəqibi bəlli oldu[/b]
06.08.2016 - 10:11
[b]Rio-2016: Olqa Senyukun rəqibi bəlli oldu[/b]

Rio-2016-da kamandan oxatma yarışlarında çıxış edən Azərbaycan idmançısı Olqa Senyukun 1/32 finaldakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz çinli Hui Çao ilə görüşəcək.

 

Bu qarşılaşma avqustun 9-da yerli vaxtla 23:57-də (Bakı vaxtı  ilə 06:57) start götürəcək.

 

Qeyd edək ki, Senyuk təsnifat yarışında 623 xalla 37-ci olubsa, rəqibi 631 xalla 28-ci yeri tutub.