[b]Rövşən Fətullayev İslam Oyunlarının bürünc medalçısıdı[/b]
16.05.2017 - 18:44
[b]Rövşən Fətullayev İslam Oyunlarının bürünc medalçısıdı[/b]

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışlarında Azərbaycan daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, bu mükafat çəkisi 94 kq olan kişilərin mübarizəsində əldə edilib.

 

Belə ki, bu çəki dərəcəsində yığmamızın üzvlərindən Nailxan Nəbiyev və Rövşən Fətullayev medal mübarizəsinə qoşulublar.

Nəbiyev birdən qaldırma hərəkətində 162 kq, təkanla qaldırma hərəkətində 198 kq-ı ram edib. Toplam 360 kq (162+198) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub.

 

Fətullayev birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 211 kq-ı ram edib. Toplam 376 kq (165+211) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 3-cü yeri tutub. 

 

Bu çəki dərəcəsində qızıl medala toplam 381 kq (169+212) nəticə ilə iranlı atlet Əyyub Musəvi sahib çıxıb. Gümüş medalı isə 380 kq (170+210) nəticə ilə özbəkistanlı Farxodbek Sobirov qazanıb.